Dünyada ən çox istifadə edilən dillər açıqlanıb
Dünyada bu anda aktiv olaraq 7000-dən çox istifadə edilən dil ilə bağlı aparılan araşdırma, ən çox danışılan dillər sıralamasının ortaya çıxmasına səbəb oldu. Hazırlanan məlumat dillər, qruplara ayrılaraq qiymətləndirildi.
İndiki vaxtda, aktiv olaraq danışılmaqda olan 7000 dil var. Bu say gedərək azalır, hətta hər 14 gündə bir dil yox olur. Bəzi dilləri isə danışan adam sayı getdikcə artır.
Dünya üzərindəki ən məşhur dil, ingilis dilidir. İngiliscə danışanların böyük qisimi bu dildə ikinci dil kimi danışır. Dilin dünya üzərindəki danışan sayı isə, 1,13 milyard adam olaraq göstərilir. Dilin bir çox oxşar versiyası da var.
İngilis dilindən sonra isə 1,12 milyard adam Mandarin Çin dili gəlir. Daha sonra hind, ispan və fransız dili gəlir. Tam rəqəmlər isə belədir:
İngilis dili: 1,132,366,680 nəfər
Mandarin Çin dili: 1,116,596,640 nəfər
Hind dili: 615,475,540 nəfər
İspan dili: 534,335,730 nəfər
Fransız dili: 279,821,930 nəfər
İngilis dili eyni zamanda internetin də dili sayılır. İnternetdə nəşr edilən səhifələrin 56,1%-i ingilis dilini seçir.
İngilis dili dünyada ən məşhur olsa da, ana dili olaraq danışılan dil kimi birinci deyil. Mandarin Çin dili, təxminən 918 milyon çinlinin ana dili olaraq göstərilir. Ölkədə 30% əhali bu dildə danışmır. Mandarin Çin dilindən sonra ispan dili və ingilis dili gəlir.
1news.az