Prezident könüllü olaraq karantinə getdi | 1news.az | Xəbərlər
Dünya

Prezident könüllü olaraq karantinə getdi

13:01 - 09 / 03 / 2020
Prezident könüllü olaraq karantinə getdi

Portuqaliya Prezidenti Marselu Rebelu de Souza koronavirusun yayılması fonunda iki həftə ərzində bütün tədbirləri təxirə salaraq könüllü şəkildə karantinə gedib.

“RİA Novosti” xəbər verir ki, bu yaxınlarda dövlət başçısı məktəblərin birinin şagirdlərini qəbul edib.

Qəbuldan bir müddət sonra həmin məktəbin şagirdlərindən birində koronavirus aşkar edildiyindən təhsil ocağı müvvəqəti bağlanıb.

Maraqlısı odur ki, xəstəliyə yoluxan şagird və onun sinif yoldaşları prezident iqamətgahını ziyarət etməyib.

“Xəstəliyə yoluxma simptomlarının olmamasına baxmayaraq, prezident üzümüzə gələn iki həftə ərzində ictimai fəaliyyətini dayandırıb. Bu həmçinin planlaşdırılmış xarici səfərlərə də aiddir”, - deyə məlumatda vurğulanır.

Qeyd etmək lazımdır ki, 71 yaşlı prezident həkimlərin nəzarəti altında olacaq.

Karantinə baxmayaraq dövlət başçısı iqamətgaında işləməyə davam edəcək.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər