ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı 120 minə çatır – FOTO
Martın 11-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 119 132 nəfər təşkil edir, onlardan 4 284 nəfəri vəfat edib, 65 765 isə sağalıb.
Ən çox epidemiyanın mərkəzi – Çində bu günə olan məlumata əsasən 80 956 nəfər infeksiyaya yoluxub. Onlardan 3 046 nəfəri ölümlə nəticələnib, 49 056 nəfər isə sağalıb.
Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.
Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.
Xəstəliyə yoluxanların sayına görə ikinci yerdə İtaliya (10 149), üçüncü yerdə İran (8 042) dördüncü Cənubi Koreya (7 755 nəfər) sırada yer alır.
Daha sonra Fransa (1784), İspaniya (1695), Almaniya (1565), ABŞ (1037), Yaponiya (581), İsveçrə (491), Norveç (400), Böyük Britaniya (382) və digər ölkələr gəlir.
Hazırda Azərbaycanda 3 nəfərin virusa yoluxma halı qeyd olunub. İlk vəziyyət fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
S.Xankişiyeva