Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO

17:36 - 17 / 03 / 2020
Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO

Ötən gün ABŞ-da koronavirus əleyhinə hazırlanan peyvəndin ilk sınağı həyata keçirilib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı açıqlama verib.

O bildirib ki, bu, tarixin ən sürətlə hazırlanan peyvəndlərindən biridir.

Qeyd olunur ki, vaksin 4 nəfər sağlam könüllü üzərində test edilib. Testlərdə iştirak edən insanların heç bir risklə üzləşmədikləri qeyd olunub.

Önümüzdəki günlərdə 45 yaşlı sağlam insan üzərində aparılan peyvənd testlərinin müsbət nəticə verdiyi təqdirdə, müvafiq federal qurumların icazəsindən sonra peyvəndin ictimaiyyətə təqdim edilməsi üçün 12-18 ay arası bir müddət nəzərdə tutulur.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər