İranda bir gündə koronavirusdan 147 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

İranda bir gündə koronavirusdan 147 nəfər ölüb

16:15 - 18 / 03 / 2020
İranda bir gündə koronavirusdan 147 nəfər ölüb

İranda daha 147 nəfər koronavirusun (COVID-19) qurbanı olub.

1news.az-ın Associated Press-ə istinadla verdiyi xəbərə görə, bununla da infeksiyadan ölənlərin ümumi sayı 1 135 nəfərə çatıb.

Martın 18-nə olan məlumata əsasən, bununla da virus daşıyıcılarının sayı 17 361 nəfərə çatıb.

Qeyd edək  ki, İran koronavirusa yoluxan ölkələr sırasında Çin və İtaliyadan sonra dünyada üçüncü yerdədir. Martın 18-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 198 083 nəfər təşkil edir, onlardan 7 954 nəfəri vəfat edib, 81 959 isə sağalıb.

Ən çox epidemiyanın mərkəzi – Çində bu günə olan məlumata əsasən 81 086 nəfər infeksiyaya yoluxub. Onlardan 3 122 nəfəri ölümlə nəticələnib, 56 886 nəfər isə sağalıb.

S.Xankişiyeva

 

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər