Beynəlxalq təşkilatdan Azərbaycana daha bir etimad | 1news.az | Xəbərlər
İdman

Beynəlxalq təşkilatdan Azərbaycana daha bir etimad

23:30 - 18 / 03 / 2020
Beynəlxalq təşkilatdan Azərbaycana daha bir etimad

Azərbaycan Milli Paralimpiya Komitəsi Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçildi.

Bununla bağlı 1news.az Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat katibi Azər Tapdıqov 1news.az-a musahibə verib.

Musahibəni sizə təqdim edirik.

-Salam. İlk növbədə Milli Paralimpiya Komitəsini Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilməyi ilə bağlı təbrik edirəm. Zəhmət olmasa Abilimpiya barədə qısa məlumat verərdiz.

-Salam. Təbrikiniz üçün təşəkkür edirəm. Artıq digər üzv ölkələrdən də təbrik məktubları alırıq, onlar da bizim üzvlüyə seçilməyimizi çox müsbət qarşılayıblar. Ablimpiya hərəkatı 1970-ci ildə Yaponiyada yaradılıb və uzun müddət yalnız orada fəaliyyət göstərib. Bacarıqların Olimpiya (Olympics of Abilities) hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Federasiyasına bu gün artıq 40-dan çox ölkə üzvdür.

-Abilimpiya hərəkatı artıq uzun bir müddətdir ki fəaliyyət göstərir. Niyə məhs indi Milli Paralimpiya Komitəsi bu hərəkata üzv seçilmək istədi? Və niyə idman təşkilatı bu addımı atdı?

-Bildiyiniz kimi, ölkəmizdə son illərdə fiziki məhdudiyyəti olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Ölkə başçısı cənab İlham Əliyev bununla bağlı tapşırıqlar verib və Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi bu istiqamətdə mühüm işlər görür. Respublikada bir çox yarmarkalar, sərgilər və müxtəlif tədbirlər keçirilir, əlillərin peşə hazırlıqları mərkəzləri yaradılır, əlillər arasında özünəməşğulluq proqramları keçirilir. Buna baxmayaraq formal sektorda bununla bağlı aktivlik çox deyil.

Bəli, Milli Paralimpiya Komitəsinin əsas fəaliyyəti idman və idman yolu ilə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır, amma bununla yanaşı son dövrlər Paralimpiya Komitəsi tərəfindən idmanla bağlı olmayan digər sosial layihələrdə həyata keçirilir. Buna misal olaraq “Yenilməzlər” qala təqdimatı, müyəssərliklə bağlı tədbirləri göstərmək olar. Rəsmi statistika göstərir ki, Azərbaycanda 650000-ə yaxın əlilliyi olan şəxs var və onların hamısı idman ilə məşğul olmaq istəmirlər və eyni zamanda idmanla məşğul olmaq onlara uyğun deyil. Əliliyi olan şəxlər arasında digər peşə və yaradıcılığa marağı olan şəxslərdə var.

Bütün bunları nəzərə alaraq və formal sektora öz töhvəsini vermək üçün Komitə dövlət orqanları və beynəlxalq təşkilatlar ilə məsləhətləşərək Beynəlxalq Abilimpiya Federasiyasına üzvlük haqqında müraciət etdi və gördüyünüz kimi bizim bu addımımızı digər üzv ölkələr tərəfindən yüksək qiymətləndirdi.

-Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçildiniz, növbəti addımınız nə olacaq?

-İlkin addım olaraq Azərbaycanda Abilimpiya Federasiyasının yaradılması nəzərdə tutulub. Bununla bağlı artıq müəyyən tədbirlər görülüb və əminik ki, cari ilin sonunadək Federasiyanın yaradılması ilə bağlı açıqlama verəcəyik. Fikirimcə bu addım Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.

Fiziki məhdudiyyətli şəxslər peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə peşəkar mütəxəssis kimi formalaşacaqlar və gələcəkdə həmin şəxslər özünəməşğulluq ilə yanaşı digər yerlərdə özlərini işlə təmin etməyi bacaracaqlar. Planımızda ilk olaraq bu növ yarışların regionlarda təşkil olunmasında, sonra Respublika çempionatının keçirilməsi, onun əsasında milli komandanın formalaşması və beynəlxalq yarışlarda komandamızın iştirakı.

-Abilimpiya hərəkatının yarışları keçirilirmi?

-Bəli, 1981-ci ildən başlayaraq Abilimpiya hərəkatının beynəlxalq yarışları Olimpiya Oyunları kimi dörd ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir. İlk Beynəlxalq yarış elə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmişdir.

-Bura hansı peşələr və yaradıcılıq bacarıqları daxildir?

-Beynəlxalq Abilimpiya yarışları müxtəlif peşə sahələrini əhatə edir: Kompüter proqramları (IT), fotoqraf, ağac oyma, çilingər, diş texniki, aşpazlıq, zərgərlik, memarlıq, yaradıcılıq və digər.

-Azərbaycanda yerli və beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulubmu?

-Bəli, əlbətdə ölkəmizdə yerli və beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub. Lakin bu barədə indi danışmaq tezdir. Azərbaycanda Abilimpiya Federasiyası yaradılandan sonra yarışlar barədə fikirləşmək olar. Əminik ki, başlanılan işin nəticəsi olaraq Azərbaycanda yaxın illərdə Beynəlxalq Abilimpiya Oyunları keçiriləcək.

-Çox sağ olun, Milli Paralimpiya Komitəsinə bu başlanğıcda uğurlar arzulayırıq.

-Təşəkkür edirəm. Belə vacib mövzuları gündəmdə saxladığınız üçün sizə minnətdarlığımı bildirirəm.

1news.az

Paylaş:
1587

Sizin üçün xəbərlər

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər