Türk əsgəri terroristlərə göz açdırmır | 1news.az | Xəbərlər
Dünya

Türk əsgəri terroristlərə göz açdırmır

12:13 - 19 / 03 / 2020
Türk əsgəri terroristlərə göz açdırmır

Türkiyədə əmin-amanlığı və qardaşlığı pozmağa çalışan terror təşkilatlarına qarşı əməliyyatlar qətiyyətlə davam edir.

1news.az xəbər verir ki, YPG/PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirən təhlükəsizlik qüvvələri dekabr, yanvar və fevral aylarında ölkə daxilində və xaricində həyata keçirdikləri hava və quru əməliyyatları zamanı terror təşkilatının rəhbər şəxsləri də daxil olmaqla, 191 terrorçunu zərərsizləşdirib.

Daxili Qoşunlar komandanlığı və xüsusi təyinatlı dəstə mənfi 30 dərəcəyə çatan şaxtalı hava şəraitinə baxmayaraq həyata keçirdiyi əməliyyatlarla PKK terror təşkilatının qış bazası yaratmasına imkan verməyib.

Ötən ilin avqust ayında başlanan və 144 terrorçunun zərərsizləşdirildiyi “Kıran” əməliyyatları başa çatıb, bəzi bölgələrdə “Kapan” əməliyyatları başlayıb.

Daxili İşlər Nazirliyinin daxili qoşunlar, polis və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə başlatdığı əməliyyatlarda terror təşkilatının sığınacaqları və terrorçuların “əlçatmaz” olaraq gördükləri mağaraları bir-bir məhv edilib.

Digər tərəfdən, əli qanlı PKK və gənclər qruplaşmalarına qarşı bir çox vilayətdə həyata keçirilən əməliyyatlarda saxlanılan 669 nəfər şübhəlidən 216-sı həbs olunub, bəzi şübhəlilərin isə dindirilmələri davam edir.

2019-cu ilin dekabr ayının 1-dən 2020-ci ilin fevral ayının 29-a kimi YPG/PKK terror təşkilatının həyata keçirdiyi hücumlar nəticəsində isə 16 təhlükəsizlik əməkdaşı şəhid edilib, 9 nəfər yaralanıb.

Qafar Ağayev

Paylaş:
989

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər