Azərbaycan Rusiyadan daha 34 vətəndaşını təxliyə etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Rusiyadan daha 34 vətəndaşını təxliyə etdi

14:20 - 22 / 03 / 2020
Azərbaycan Rusiyadan daha 34 vətəndaşını təxliyə etdi

Bu gün Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S.Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınmışdırlar.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən 1news.az-a verilən məlumata görə, bu Səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olmuşdur.

Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.

Azərbaycana getmək istəyən soydaşlarımıza Səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər