Koronavirusun “fəsadları”: Ukraynada avtobusda öskürən sərnişini döyüb düşürdülər – VİDEO
Son günlər dünyada geniş yayılmış koronavirus (COVID-19) insanları təlaşa salıb.
Ukraynada avtobusda sərnişinlərdən biri öskürdüyü üçün döyülərək nəqliyyat vasitəsindən düşürdülüb.
1news.az-ın Ukrayna mətbuata istinadla verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan videoda kişinin digər sərnişinlər tərəfindən döyüldüyü, daha sonra isə məcburi şəkildə avtobusdan çölə çıxarıldığı aydın görünür.
Kadrarxası səslərin qeyd etdiyinə görə, gərginliyə səbəb sərnişinin öskürməsi olub.
Yeri gəlmişkən, avtobusdakılaran heç biri maska taxmayıb. Halbuki bu, sərnişinlər üçün karantin qaydalarının əsas tələblərindən biridir.
S.Xankişiyeva
805