AZAL bu günə qədər 10 minə yaxın sərnişini Vətənə geri qaytarıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL bu günə qədər 10 minə yaxın sərnişini Vətənə geri qaytarıb

15:50 - 22 / 03 / 2020
AZAL bu günə qədər 10 minə yaxın sərnişini Vətənə geri qaytarıb

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, belə ki, martın 21-nə keçən gecə Azal Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən Naxçıvana avtobuslarla gəlmiş 165 nəfər Azərbaycan vətəndaşı gətirilib. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün 95 Azərbaycan vətəndaşı daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

Azərbaycan İtaliyadan vətəndaşlarını təxliyyə edib – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

 

Paylaş:
622

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər