Bu ölkədə küçəyə maskasız çıxanlar cərimələnəcək | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə küçəyə maskasız çıxanlar cərimələnəcək

21:45 - 24 / 03 / 2020
Bu ölkədə küçəyə maskasız çıxanlar cərimələnəcək

Özbəkistanda küçəyə tibbi maska taxmadan çıxanlar cərimə olunacaq.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yanında operativ qərargah yayıb.

Məlumata görə, küçəyə birinci dəfə tibbi maskasız çıxanlar 223 min sum (23 dollar), ikinci dəfə çıxanlar isə 665 min sum (təxminən 70 dollar) cərimə ödəməli olacaqlar. 

Qeyd edək ki, qərar martın 25-dən qüvvəyə minəcək. Ölkədə 43 nəfər koronavirusa yoluxub.

1news.az

 

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər