Düşmənin təxribatının qarşısı alınıb, bir hərbçisi məhv edilib | 1news.az | Xəbərlər
Siyasət

Düşmənin təxribatının qarşısı alınıb, bir hərbçisi məhv edilib

12:04 - 24 / 03 / 2020
Düşmənin təxribatının qarşısı alınıb, bir hərbçisi məhv edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

“Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”- deyə, məlumatda qeyd olunur.

1news.az

Paylaş:
1041

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər