Bakıda küçədə ölən şəxslə bağlı rəsmi açıqlama - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda küçədə ölən şəxslə bağlı rəsmi açıqlama - VİDEO

16:32 - 25 / 03 / 2020
Bakıda küçədə ölən şəxslə bağlı rəsmi açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Araşdıralar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər