101 yaşlı kişi koronavirusdan sağaldı | 1news.az | Xəbərlər
Dünya

101 yaşlı kişi koronavirusdan sağaldı

22:43 - 27 / 03 / 2020
101 yaşlı kişi koronavirusdan sağaldı

İtaliyada daha əvvəl koronavirusa yoluxan 101 yaşlı kişi sağalıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rimini şəhərində xəstəxanadan evə buraxılıb.

Yaşlı kişi ötən həftə xəstəxanaya yerləşdirilmişdi. "Bu, həkimlər, tibb bacıları, bütün tibb personalı üçün əsl pozitiv tarixçə oldu", - "TASS" yerli hakimiyyət nümayəndəsi Qloriya Lizinin sözlərini sitat gətirir.

O, kişinin sağalmasını "gələcəyə ümid" adlandırıb.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər