Türkiyədə koronavirusdan ölənlərin sayı artır: 131 nəfər
Türkiyədə daha 23 nəfər koronavirusun qurbanı olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib:
“Bununla da infeksiyadan ölənlərin sayı 131-ə yüksəlib. Bu gün daha 9 982 nəfər koronavirusla bağlı test yoxlanışından keçib. Nəticədə daha 1 815 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 217 nəfərə çatıb. Onlardan 568 nəfəri reanimasiyadadır, daha 105 nəfəri isə sağalıb”.
Martın 29-na olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 665 616 nəfər təşkil edir, onlardan 30 857 nəfəri vəfat edib, 141 746 isə sağalıb.
Bu günə olan məlumata əsasən, daha çox infeksiyaya yoluxma ABŞ-da – 124 686 nəfərdə qeydə alınıb. Onlardan 2 192 nəfəri ölümlə nəticələnib, 2 612 nəfər isə sağalıb.
Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.
Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu
S.Xankişiyeva