ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır – 700 minə yaxınlaşır – XƏRİTƏ | 1news.az | Xəbərlər
Dünya

ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır – 700 minə yaxınlaşır – XƏRİTƏ

12:28 - 29 / 03 / 2020
ÜST: Koronavirusa yoluxanların sayı durmadan artır – 700 minə yaxınlaşır – XƏRİTƏ

Martın 29-na olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar  665 616 nəfər təşkil edir, onlardan 30 857 nəfəri vəfat edib, 141 746 isə sağalıb.

Bu günə olan məlumata əsasən, daha çox infeksiyaya yoluxma ABŞ-da – 124 686 nəfərdə qeydə alınıb. Onlardan 2 192 nəfəri ölümlə nəticələnib, 2 612 nəfər isə sağalıb.

Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.

Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.

Xəstəliyə yoluxanların sayına görə sırada ikinci yerdə İtaliya (92 472), üçüncü yerdə Çin (82 061),  dördüncü İspaniya (73 235)  yer alır.

Daha sonra Almaniya (57 695),  Fransa (38 105), İran (35 408),   Böyük Britaniya (17 315), İsveçrə (14 076) və digər ölkələr gəlir.

Azərbaycanda virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir. Ölkədə ilk ölüm hadisəsi baş verib. 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanıb. Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ

9-cuların buraxılış imtahanı təxirə salındı - SƏBƏB

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
664

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər