Deputatdan təklif: “Banklar vətəndaşlara 3 ay möhlət versin” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputatdan təklif: “Banklar vətəndaşlara 3 ay möhlət versin”

1news Redaksiyası13:20 - 30 / 03 / 2020
Deputatdan təklif: “Banklar vətəndaşlara 3 ay möhlət versin”

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

1news.az

Paylaş:
1264

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər