Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb

17:21 - 01 / 04 / 2020
Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il aprelin 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan 1news.az-a verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 1 671 milyon dollar təşkil edib.

O cümlədən, bu ilin yanvarın 1-dən aprelin 1-nə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 100 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin martına qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 834 milyon dollar olub.

1news.az

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər