Neft bahalaşdı
Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti 10,4 faiz bahalaşaraq 36,24 ABŞ dolları səviyyəsinə çatıb.
1news.az-ın verdiyi xəbərə görə, “Brent” markalı neft son dəfə mart ayının 13-də 36 ABŞ dollarından artıq qiymətə satılıb.
Bununla yanaşı, WTI markalı neft də 13 faiz bahalaşaraq 28,36 ABŞ dollarından satılır.
Qeyd edək ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında COVID-19 pandemiyası ilə bağlı tələbatın azaldığı bir vaxtda neft bazarını tarazlaşdırmaq üçün hasilatı azaltmaq məsələsinin müzakirə ediləcəyi videokonfrans işinə başlayıb.
Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.
S.Xankişiyeva