ÜST koronavirusla bağlı son statistikanı açıqlayıb – XƏRİTƏ
Aprelin 15-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar 2 008 850 nəfər təşkil edir, onlardan 129 045 nəfəri vəfat edib, 3 138 413 isə sağalıb.
Bu günə olan məlumata əsasən, daha çox infeksiyaya yoluxma ABŞ-da – 610 774 nəfərdə qeydə alınıb. Onlardan 26 119 nəfəri ölümlə nəticələnib, 101 768 nəfər isə sağalıb.
Bunlar yeni virusun yayılması ilə əlaqədar yanvar ayının sonlarında yaradılan onlayn xəritənin məlumatlarıdır. Real rejimdə onlayn xəritə vasitəsilə bütün dünyada epidemiyanın yayılmasına nəzarət etmək olar.
Xəritə Ümumdünya Səhiyyə təşkilatının (ÜST), eləcə də ABŞ, Çin və Avropada Xəstəliklərə Nəzarət Mərkəzlərinin məlumatlarını əks etdirir.
Xəstəliyə yoluxanların sayına görə sırada ikinci yerdə İspaniya (177 633), üçüncü yerdə İtaliya (162 488), dördüncü yer Almaniya (132 718) yer alır.
Daha sonra Fransa (131 365), Böyük Britaniya (99 455), Çin (83 356), İran (76 389), Türkiyə (65 111) və digər ölkələr gəlir.
Azərbaycanda virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.
Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.
Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz
Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ
AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO
Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ
Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu
ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ
Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
S.Xankişiyeva