Vüqar Bayramov: Bu güzəştlər sahibkarların fəaliyyətini tez bir zamanda bərpa etməsinə imkan verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: Bu güzəştlər sahibkarların fəaliyyətini tez bir zamanda bərpa etməsinə imkan verəcək

14:02 - 25 / 04 / 2020
Vüqar Bayramov: Bu güzəştlər sahibkarların fəaliyyətini tez bir zamanda bərpa etməsinə imkan verəcək

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur.

Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

Məsələ ilə bağlı 1news.az-a  danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, hökumət tərəfindən təklif edilən iqtisadi paket həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsini nəzərdə tutur.

“Bu baxımdan vergi güzəştlərinin təklif olunması pandemiya, xüsusən postpandemiya dövründə sahibkarlara belə güzəşstlərdən etməklə həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi qısa zamanda bərpa etmək imkanı verəcək. Nəzərə alsaq ki, güzəştlər mikro sahibkarlıq subyektləri daxil olmaqla praktik olaraq bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir, eləcə də sahibkarlar üçün mənfəət və gəlir vergisinə 75 faizlik güzəşt tətbiq edilib. Digər tərəfdən torpaq və əmlak vergisində müddətli var".

Deputat deyib ki, praktik olaraq güzəştlərin strukturuna və güzəştinə diqqət yetirən zaman görərik ki, bu güzəştlər sahibkarların öz fəaliyyətlərini daha qısa zamanda postpandemiya dövründə bərpa etməsinə imkan verəcək.

“Məqsəd iqtisadi aktivliyin daha qısa zamanda əldə olunmasına nail olmaqdır. Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyi kimi də qiymətləndirilə bilər. Çünki bu zaman sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır. Təbii ki, bu da onun fəaliyyətini genişləndirməsinə imkan yaradır. Bu baxımdan ölkə prezidentinin tapşırığına uyğun olaraq postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Yeni vergi güzəştlərinin tətbiq edilməsi, iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşması və bütövlükdə bu kontekstdən postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir”.

Qafar Ağayev

Paylaş:
1224

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər