AZAL: 212 vətəndaşımız Türkiyədən vətənə gətirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: 212 vətəndaşımız Türkiyədən vətənə gətirilib – FOTO

20:29 - 07 / 05 / 2020
AZAL: 212 vətəndaşımız Türkiyədən vətənə gətirilib – FOTO

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilmişdir.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
1592

Son xəbərlər

Bütün xəbərlər