Pandemiya Azərbaycanın xarici ticarətinə necə təsir etdi? - TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pandemiya Azərbaycanın xarici ticarətinə necə təsir etdi? - TƏHLİL

16:55 - 20 / 05 / 2020
Pandemiya Azərbaycanın xarici ticarətinə necə təsir etdi? - TƏHLİL

Koronavirus bütün dünyada pandemiyası bir çox sahələrə təsir etdiyi kimi iqtisadiyyata da ciddi təsir edib.

Azərbaycan da dünyanın bir parçası olduğu üçün pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bütün bunlara baxmayaraq ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyib.Ölkə başçısının sərəncamı ilə  Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb.

1news.az xəbər verir ki, İqdisadçı ekspert, jurnalist Toğrul Vəliyevin 2020-ci ilin aprel ayında pandemiyanın Azərbaycanın beynəlxalq ticarət, ixrac və idxalı ilə bağlı təhlilini öz Teleqram hesabında qeyd edib.

T.Vəliyevin təhlilini təqdim edirik:

“Aprel ayına aid statistika dərc olunduqca biz koronavirus pandemiyasının iqtisadiyyata təsiri barədə daha dəqiq məlumatlar əldə edirik. İlk dərc olunmuş statistika xarici ticarətə aiddir. Məlum oldu ki, aprel ayı ərzində Azərbaycan 2,1 milyard dollarlıq məhsul ixrac edib və eyni zamanda 744,5 milyon dollarlıq məhsul isə idxal edib.


İxracın dəyəri keçən ilin aprel ayına nisbətdə 20%, idxalın dəyəri isə 47% azalıb. Amma burada bir məqamı qeyd etmək lazımdır. 2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu qızıl idxal edirdi. İdxal olunan qızılın payı çox yüksək idi. Misal üçün, 2019-cu ilin aprelində müvafiq maddəyə aid 332,4 milyon dollarlıq məhsul idxal olunmuşdu. Onun yalnız cüzi hissəsi iqtisadiyyata, böyük hissəsi isə Dövlət Neft Fonduna aid idi. Bəllidir ki, bu il biz Neft Fondu qızıl idxal etmir. Ona görə real idxalın azalmasını 31,87% kimi qiymətləndirə bilərik.

İdxalın azalması həmçinin büdcə daxilolmalarına təsir edir. Müvafiq olaraq gömrük istiqaməti üzrə büdcə daxilolmaları da azalır. Düzdür bizdə məhsullar üzrə gömrük rüsum və ƏDV-nin strukturuna dair məlumat yoxdur, amma ümumi tendensiya azalmanı göstərir. Yeri gəlmişkən, azalma artıq 3-cü aydır ki davam edir.

Rəsmi məlumata görə, gömrük üzrə büdcə daxilolmaları ilin əvvəlində 1 347,8 milyon manat təşkil edib. Keçən ilin eyni müddətində müvafiq göstərici 1 391,8 milyon manat idi.

Eyni zamanda yalnız 2020-ci ilin yanvarında gömrük ödənişlər üzrə artım qeydə alınmışdı. Növbəti aylarda isə azalma müşahidə olunurdu. Keçən ilin eyni ayı ilə müqayisədə fevralda 6,4 milyon manat, martda 20,6 milyon manat və apreldə 21 milyon manat. Maraqlıdır ki, bu azalma əsasən iki istiqamət üzrə qeydə alınıb: gömrük rüsumları və aksiz vergisi. Misal üçün, ƏDV üzrə mart və aprel ayında əksinə artım qeydə alınıb.

Eyni zamanda pandemiya idxalın strukturuna da ciddi təsir edib. Misal üçün əczaçılıq məhsulların idxalı bu ilin 4 ayında 123 milyon dollar təşkil edib. Keçən ilin bu dövründə müvafiq göstərici 85 milyon dollar idi. Bəzi məhsullar üzrə artımı biz digər cədvəldə də göstərmişdik.

İxraca dair danışanda görə bilərik ki, Azərbaycan ilin əvvəlindən maksimal olaraq neft ixrac etməyə çalışıb. Apreldə biz 4,2 milyon ton xam neft ixrac etmişik (2019-cu ilin aprelinə nisbətdə 3% azdır). Amma orta dəyəri çox aşağı olub. Belə ki, 1 ton $304 və yaxud 1 barrel $48 idi. Maraqlıdır ki, qaz ixracında bu il azalma müşahidə olunmuşdu, amma aprel ayında birdən birə 2,9 milyard kubmetr qaz göndərmişik.

Faktiki olaraq görə bilərik ki, Azərbaycanın xarici ticarətinin gömrük dəyəri 15-20% azalıb. Gələn aylar daha da azalmasını gözləmək olar. Əsas səbəb də həm neft hasilatı ilə ixracatın fiziki azalması (mayın 1-dən etibarən OPEC+ razılaşması qüvvəyə minib) və eyni zamanda neft qiymətinin düşməsi (mart-aprel qiymətləri məhz may-iyul üçün aiddir). İxracatımız ciddi olaraq azalacaq. Bu da bizim xarici ticarət saldomuza ciddi təsir edəcək.

Cədvəl 1-dən göründüyü kimi artıq 3 ay dalbadal saldomuz azalır. May ayında bunu artırmaq imkanımız olmayacaq (yalnız qaz ixracatını artıra bilsək, amma orada da məhdudiyyətlər var). Ona görə növbəti aylarda ixrac və idxal dəyər göstəricilərinin bərabərləşməsini və hətta idxalın daha artıq olmasını müşahidə edə bilərik (iqtisadiyyat açıldıqca idxal artmalıdır).

1news.az

Paylaş:
1735

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər