Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

Qafar Ağayev10:34 - Bu gün
Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

Bakıda "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfrans keçirilir.

1news.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Serbiya, Rumıniya, Moldova, Belarus, Xorvatiya, Norveç və Portuqaliyadan rəsmi nümayəndələr iştirak edirlər.

Konfransa ümumilikdə dünyanın 20-yə yaxın ölkəsindən 350 nəfər qatılıb.

Rəsmi açılış və üç panel sessiyadan ibarət olan tədbirdə vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

Konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər