“İmprotex motors” hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“İmprotex motors” hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi - FOTO

10:40 - 03 / 06 / 2020
“İmprotex motors” hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi - FOTO

BMW şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrifikasiya avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir.

 Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər. Avtomobil həvəskarları üçün xoş xəbər "Improtex Motors" şirkətinin BMW Group ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olublar. BMW eDrive texnologiyasının davamlı inkişafı, avtomobilin tamamilə elektrik olduğu halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.

Artıq bu gün “Improtex Motors” şirkəti çox gözlənilən BMW X5 xDrive45e - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.

Tam ötürücülü BMW X5 xDrive45e 3 litrlik benzin mühərrikli “BMW EfficientDynamics”-dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) “BMW eDrive” elektrik mühərriki ilə təchiz olunmuşdur. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər.  Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və BMW xDrive intelektual idarəetmə sistemi sayəsində tork bütün dörd təkərlərə ötürülür, həm elektrik enerjisi ilə işləyərkən həm də daxili yanma mühərriklərindən istifadə edərkən.

Yeni BMW X5 xDrive45e-nin 100 km/saat sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində  110-135 km/saat sürətlə hərəkət edə bilir. 30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş BMW X5 xDrive45e onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.

BMW X5 xDrive45e akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.

Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.

Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, BMW i avtomobillərinin yaradılması zamanı istifadə olunan BMW eDrive texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə BMW zavodunda istehsal olunur.

BMW i3 təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda BMW-nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən BMW i-nin əsas modelidir.

Tezliklə BMW həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili - BMW i3-i görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A. Salamzadə 33 ünvanda yerləşən “İmprotex Motors” salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive” də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.

Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır. 

Reklam hüququnda

Paylaş:
924

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər