Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

12:04 - 04 / 06 / 2020
Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.
1news.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər. Məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər