Nigar Arpadaraidən hüquq-mühafizə orqanlarına müraciət: Maksimum mərhəmət göstərilsin | 1news.az | Xəbərlər
Siyasət

Nigar Arpadaraidən hüquq-mühafizə orqanlarına müraciət: Maksimum mərhəmət göstərilsin

14:42 - 09 / 06 / 2020
Nigar Arpadaraidən hüquq-mühafizə orqanlarına müraciət: Maksimum mərhəmət göstərilsin

“Son 3 ay hamı üçün çətin oldu. Həm öndə olan polis əməkdaşlarımız , həm də vətəndaşlar artıq yorulub. Son 3 ayda polis və daxili qoşunlarımız çox gözəl iş görüblər, səbrlə, təmkinlə üzərlərinə düşən məsuliyyəti həyata keçiriblər”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadari deyib. Deputat bildirib ki, karantinin bu qədər uzanmasını heç kim gözləmirdi.

“Ona görə hamının əsəbləri artıq tarıma çəkilib. Yasamalda vətəndaşlarla polis əməkdaşları arasında baş verənlər bunun nəticəsi və göstəricisidir. Əlbəttə baş verənlərə hüquqi qiymət verilməlidir. Amma mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilsin. Vətəndaşların karantində olmasını, vəziyyəti nəzərə almalarını gərəkdir”.

Qafar Ağayev

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər