Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

16:22 - 09 / 06 / 2020
Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".

S.Xankişiyeva

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər