“Neftçi” - “Qalatasaray” cütünün potensial rəqibi bilinir
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
1news.az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək.
"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi "Qalatasaray"ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, püşkdə güclü komandaların yer aldığı səpələnmişlər sırasında olacaq. Bu, İstanbul klubunun yüksək reytinqinə görədir.
"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri
"Sonderyuske"dir (Danimarka)
B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi
"Olimpiya" (Sloveniya)/"Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Renova" (Şimali Makedoniya)/"Hayduk" (Xorvatiya) cütünün qalibi
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.
1news.az