İqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclərlə görüşü keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclərlə görüşü keçirilib – FOTO

17:51 - 02 / 09 / 2020
İqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclərlə görüşü keçirilib – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə videokonfrans formatında görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyev Mərkəzinin Gənclər və İdman Nazirliyi ilə birlikdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramını 2019-cu ildən başlayaraq həyata keçirilməsinə başladığını, 2020-ci il üzrə proqramda iştirak etmək üçün 40 rayon və şəhərdən 350-dən artıq gəncin müraciət etdiyini bildirib.

Nazir müavini qeyd edib ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünya görüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.

Görüşdə İqtisadiyyat naziri Azərbaycanın inkişaf tarixində misilsiz rolu olan Heydər Əliyev irsinin öyrənilməsinin önəmini vurğulayıb, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb olunması, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü genişmiqyaslı işlərdən bəhs edib.

Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının uzunmüddətli dövrə hesablandığını qeyd edən Mikayıl Cabbarov Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda yeni istehsal sahələrinin qurulduğunu, bir sıra böyük sənaye müəssisələrinin məhz respublikamızda inşasına nail olunduğunu, “Əsrin müqaviləsi”nin Azərbaycanın regionda və dünyada mövqeyini möhkəmləndirdiyini, iqtisadiyyatın bütün sahələrinin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, Heydər Əliyevin zamanın yeni çağırışlarını nəzərə almaqla həyata keçirdiyi islahatlar sahibkarlığın inkişafını, liberal iqtisadiyyatın, biznes və investisiya mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan beynəlxalq arenada yerini daha da möhkəmləndirdi, ölkəmizin gələcək tərəqqisi üçün möhkəm təməl yaradıldı. Azərbaycanın hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi baxımdan regional liderə, Avropa və Asiya arasında əsas nəqliyyat-logistik mərkəzlərdən birinə çevrilib.

Nazir vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsində gənclərin rolu daim yüksək qiymətləndirilir. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsinə istiqamətlənmiş uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi inkişafının mahiyyət və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu gün rəqəmsallaşma və yeni nəsil, rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardandır. Gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsinin önəmini qeyd edən İqtisadiyyat naziri bacarıqlı sahibkarların və idarəçilərin gələcəkdə ölkənin aparıcı qüvvəsinə çevriləcəyini qeyd edib və bunun üçün dövlət dəstək tədbirlərini, həyata keçirilən proqramları diqqətə çatdırıb. Qeyd edilib ki, yeni nəsil idarəçilər üçün həyata keçirilən unikal “Yüksəliş” layihəsi də öz potensialına inanan gənclərə yeni imkanlar açır.

Mikayıl Cabbarov son illər Azərbaycan gənclərinin ictimai fəallığının yüksəldiyini, onların Azərbaycan diasporunun formalaşmasında fəaliyyətində yaxından iştirakını vurğulayaraq, gənclərimizin ölkəmizin iqtisadi qüdrətinin daha da artmasında daim ön sıralarda olacaqlarına əminliyini ifadə edib, gənclərə tövsiyələrini verib.

Sonda İqtisadiyyat naziri gəncləri maraqlandıran sualları cavablandırıb.

 

S.Xankişiyeva

 

Paylaş:
1156

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər