Zakir Həsənov: Tankçılarımız artıq öz məharətlərini göstərib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: Tankçılarımız artıq öz məharətlərini göstərib

15:50 - 05 / 09 / 2020
Zakir Həsənov: Tankçılarımız artıq öz məharətlərini göstərib

"Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

"Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib", o bildirib.

Qeyd edək ki, Rusiyada səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Tank biatlonu" Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

S.Xankişiyeva

 

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər