İlk hibrid batareyalı gəmi istifadəyə verildi
Estoniyanın Virtsu-Kuivastu limanında ilk hibrid batareyalı Tõll gəmisi sərnişinlərin istifadəsinə verilib.
1news.az ted.az-a istinadən bildirir ki, gəminin ilk reysi üçün akkumulyatorları ölkənin İqtisadiyyat və İnfrastruktur naziri Taavi Aas, "TS Laevad" şirkətinin sədri Valdo Kalm və TS Laevad idarə heyətinin sədri Yaak Kaabel işə salıb.
"Bütün nəqliyyat sektoru iqlim hədəflərinə çatmaq üçün irəliləyir. İddialı iqlim hədəfləri ekoloji cəhətdən təmiz texnologiyalara və qərarlara keçidi sürətləndirir. Hibrid batareyalı ilk sərnişin gəmisi Estoniyadakı bütün bərə daşımaları üçün inkişaf meyarıdır", - deyə T.Aas söyləyib.
Bildirilib ki, gəminin akkumulyator batareyaları onun elektrik enerjisi ilə qismən hərəkət etməsinə imkan verir ki, bu da istifadə olunan dizel yanacağının miqdarını azaldır və havanın çirklənməsinin qarşısını alır.
1news.az