Mətbuat xidmətləri media ilə əməkdaşlıgı necə qurur? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Mətbuat xidməti strukturu ictimaiyyətlə əlaqələrin qurulmasına xidmət edir. Eyni zamanda bu qrum ictimaiyyətə açılan və ictimaiyyətin aça biləcəyi “qapı” rolunu oynayır.
Bu münasibətlərin inkişafında medianın rolu danılmazdır. Belə olan halda mətbuat xidmətlərinin media ilə əlaqəsi zəruri bir amil kimi ortaya çıxır.
Mətbuat xidməti strukturu öz fəaliyyətini məhz medianın köməyi ilə ictimaiyyətin nəzərinə çatdırır. Görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər medianın diqqətindən kənarda qalmır və ictimaiyyətə çatdırılır.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları “Yeni Müsavat” Media Qrupunun rəhbəri,əməkdar jurnalist Rauf Arifoglu, millət vəkili Aqil Abbas, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev və Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Agayev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: