Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

15:31 - 17 / 09 / 2020
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm".

1news.az

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər