XİN: Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

11:34 - 17 / 09 / 2020
XİN: Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

1news.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Nazirlik Ukraynanın yeni milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın strateji tərəfdaş kimi qeyd olunmasını yüksək qiymətləndirdiyini bildirib:

"Biz strateji tərəfdaşlığımızı və dostluğumuzu daha da dərinləşdirəcəyik".

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər