Oyun kompüteri üçün ən yaxşı prosessorlar açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Oyun kompüteri üçün ən yaxşı prosessorlar açıqlanıb

17:56 - 18 / 09 / 2020
Oyun kompüteri üçün ən yaxşı prosessorlar açıqlanıb

"PC Gamer" nəşrinin jurnalistləri tərəfindən "Intel Core i7 10700K" oyun fərdi kompüteri üçün ən optimal prosessor seçilib. Oyun kompüteri üçün bu və digər komponentlər barədə nəşrin saytında deyilir.

1news.az ictnews.az-a istinadən bildirir ki, səkkiz nüvəyə və 3800 meqahers baza tezliyinə malik onuncu nəsil "Intel" çipi hazırda ən yaxşı oyun prosessorudur. Məhsulun təsvirində qeyd olunur ki, qurğu hətta əlavə yeniləmə olmadan əla məhsuldarlığı ilə seçilir və sürət vermə üçün böyük perspektivə malikdir. "Intel Core i9 10900K" prosessoru mütəxəssislər tərəfindən "Comet Lake" seriyalı qabaqcıl model və bazarda ən sürətli oyun çipi kimi qeyd olunub. Onnüvəli qabaqcıl prosessorun tezliyi 5300 meqahers təşkil edir.

Reytinqdə üçüncü pillədə jurnalisitlər tərəfindən ən güclü "AMD" çipi adlandırılan "AMD Ryzen 9 3900X" qərarlaşıb. Keyfiyyətli soyutma sisteminə malik model oyun olmayan vəzifələrin yerinə yetirilməsi üçün tam uyğunluq təşkil edir. Daha ucuz variant mütəxəssislərin qiymət və keyfiyyət nisbətində optimal məhsul kimi xarakterizə olunan "AND Ryzen 7 3700X" prosessorudur.

Siyahıda ilk beşliyə, ekspertlərin sözlərinə görə, sürət vermə funksiyalarını dəstəkləməyən, lakin öz qiymətinə görə yüksək məhsuldarlığı ilə seçilən ucuz "Intel Core i5 9400F" daxil olub. Təsvirdə, həmçinin vurğulanır ki, model dəstinə soyutma sistemi daxildir.

Reytinqin annotasiyasında qeyd olunur ki, keyfiyyətli prosessorun alınması kompüterin yığılması zamanı prioritet investisiyadır. Mütəxəssislər tərəfindən çoxlu nüvə sayına malik çipləri seçmək və fərdi kompüterin ana platasının yeni prosessorla uyğunluğunu yoxlamaq tövsiyə olunur.

1news.az

Paylaş:
1209

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər