Prezident: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

10:35 - 22 / 09 / 2020
Prezident: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.

Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını diqqətə çatdırıb. "Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib", - deyə Prezident İlham Əliyev qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər