Kamaləddin Qafarov: Qarabağa qayıdış uzaqda deyildir... | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: Qarabağa qayıdış uzaqda deyildir...

10:43 - 22 / 09 / 2020
Kamaləddin Qafarov: Qarabağa qayıdış uzaqda deyildir...

“Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildiririk ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Ölkəmizdə  aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir”.

Bu sözləri  dövlətimizin başçısı İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının  dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Kamaləddin Qafarov söyləmişdir.

K.Qafarov bildirmişdir ki, bu nailiyyətlərin qazanılmasında indi ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyevin də böyük xidmətləri olmuşdur. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır.  Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır.

Milliət vəkili  sözünə davam edərək bildirmişdir ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur.Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.Artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək.Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir.Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.

Millət vəkili möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi  “Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır” fikirlərini vurğulayaraq, bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən “Əsrin müqviləsi”nin siyasi əhəmiyyətini də xüsusi qeyd etmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü  “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir” tezisi bugünkü reallıqlarımızda öz əksini tapıb. “Qara qızıl”ın insan kapitalına çevrilməsi uğurlarımızın  davamlılığını şərtləndirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan  təkmil islahatlar, iqtisadiyyatın elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi    nəticəsində paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə  aparılan  genişmiqyaslı quruculuq  işləri, qarşıdakı dövrlər üçün müəyyənləşdirilən hədəflər bir daha təsdiqləyir ki,   inkişafın Azərbaycan modelinin mövcudluğu parlaq bir reallıqdır.

K.Qafarov bildirmişdir ki, sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə əsas məqamları  daxili və xarici siyasət məsələlərinin dərin və praqmatik təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və qonşu ölkənin fərsiz başçısına göndərdiyi sərt mesajlar təşkil etmişdir.

Prezidentimiz bu münaqişənin tarixinə qısa ekskurs etdikdən sonra  Ermənistanın baş naziri Paşinyanın siması, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparmasını,  məsuliyyətsizliyini konkret faktlarla ifşa etmiş , onun addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilməməsini söyləmişdir. Prezidentimiz xatırlatmışdır ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı, çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti isə hakimiyyətə gələr –gəlməz Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.

Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir.Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.

Amma iyul, avqust, indi də sentyabr hadisələri göstərir ki, Ermənistan öz  məğlubiyyətlərini qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? İlham Əliyev çox erməni siyasətini çox sərrast şəkildə xatrakterizə edərək demişdir: “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”.

Millət vəkili bildirmişdir ki, bu gün  Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan həyasızcasına deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Ölkəmiz  imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyildir.

Prezident İlham Əliyev son günlər Ermənistanda cərəyan edən hadisələri çox gözəl xarakterizə etmişdir:”Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır…Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur”.

Millət vəkili bildirmişdir ki, Azərbaycan Prezidenti İLham Əliyevin müsahibəsinin son sözləri hər bir azərbaycanlının ürəyindən xəbər vermiş, onlarda böyük ruh yüsəkliyi yaratmış  və vətənpərvərlik hisslərini daha da coşdurmuşdur: ”Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

1news.az

 

Paylaş:
1247

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər