Deputat: Dövlət başçımız Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu qeyd edib | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Dövlət başçımız Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu qeyd edib

14:22 - 23 / 09 / 2020
Deputat: Dövlət başçımız Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu qeyd edib

Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyünün qorunması dayanır. 

Baş Assambleya BMT-nin ikinci ən böyük strukturudur. Bu il Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında keçirilən BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasını xüsusi edən əsas məqamlardan biri ona məhz türk diplomat Volkan Bozkırın sədrlik etməsi olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. İldən ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi çıxış edərək Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi istiqamətində səylərindən bəhs etmişdir. Dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və beynalxalq əməkdaşlığa əsaslanan dayanıqlı inkişafa olan ehtiyacını xüsusi vurğulayan dövlət başçımız, Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu da qeyd etmişdir. 

İlham Əliyev, Azərbaycan Prezidenti kimi Dağlıq Qarabağ məsələsinə toxunmuşdur. BMT Nizamnaməsinin öhdəliklərini və BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnaməni heçə sayaraq beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistan dövlətinin Azərbaycanın suverenliyinə və regionun təhlükəsizliyinə qarşı yaratdığı təhdid sessiya iştirakçılarının nəzərinə bir daha çatdırılmışdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı vasitəsilə pozulması faktı da xüsusi qeyd olunmuşdur. 

Əlavə olaraq, ölkə başçımız Azərbaycanın multikulturalimzin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyini və hazırki müzakirələrin fəal iştirakçısı olacağına əmin olduğunu söyləmişdir. 

Son olaraq, qeyd etmək istərdim ki, iqlim dəyişikliyi, iqtisadi inkişaf, “koronavirus” pandemiyası, biomüxtəliflik və Pekin Bəyannaməsinin 25-ci ildönümünün və bu fəaliyyət çərçivəsində məsələlərin müzakirəsi 75-ci Sessiyasının əsas gündəliyini təşkil edir. 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

 

Paylaş:
620

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər