Hikmət Hacıyev: Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

14:45 - 27 / 09 / 2020
Hikmət Hacıyev: Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, iclasda müvafiq qurumların rəhbərləri, o cümlədən Baş Nazir, Milli Məclisin sədri iştirak edib.

PA rəsmisinin sözlərinə görə, başçısı müvafiq qurumlara vəziyyətə uyğun olaraq tapşırıqlar verdi.

S.Xankişiyeva

 

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər