Azərbaycan Ordusu düşmənə təslim olmağı təklif edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusu düşmənə təslim olmağı təklif edib

16:33 - 27 / 09 / 2020
Azərbaycan Ordusu düşmənə təslim olmağı təklif edib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,

Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək:

“Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB

Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

S.Xankişiyeva

 

 

 

Paylaş:
1452

Son xəbərlər

Bütün xəbərlər