Ukraynanın I vitse-spikeri: Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik | 1news.az | Xəbərlər
Siyasət

Ukraynanın I vitse-spikeri: Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik

17:17 - 27 / 09 / 2020
Ukraynanın I vitse-spikeri: Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik

“Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.

O qeyd edib ki, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır:

“Bizim də ərazi bütövlüyümüz sepratizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pislyirik”.

I vitse-spikerin fikrincə, çox yaxşı olardı ki, tərəflər nəhayət tezliklə ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun: “Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB

Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər