İran cəbhədəki vəziyyətə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

İran cəbhədəki vəziyyətə münasibət bildirib

17:24 - 27 / 09 / 2020
İran cəbhədəki vəziyyətə münasibət bildirib

“Tehran Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“İran hərbi toqquşmaları diqqətlə və narahatlıqla izləyir. Hər iki tərəfi təmkinli olmağa və danışıqları bərpa etməyə çağırır”, o vurğulayıb.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb:

“Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib – FOTO – VİDEO – YENİLƏNİB

Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

S.Xankişiyeva

 

 

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər