Deputat: Ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq

13:41 - 28 / 09 / 2020
Deputat: Ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq

"Azərbaycan Ordusunun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması və düşməni yerində oturtması, həmçinin işğal altındakı bir sıra kəndlər və əlverişli əraziləri azad etməsi bir daha təsdiq etdi ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman qətiyyətlə bəyan edir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və işğal altında olan torpaqlarımız azad olunacaq. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən də ölkəmizin prinsipial mövqeyinin dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın təcavüzkar mahiyyətini, işğalçı siyasətini və planlarını ifşa etdi. Həmçinin Prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciəti zamanı qətiyyətlə bəyan etdi ki, “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna  birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına dair yüksək inam ifadə edir".

 

Deputatın sözlərinə görə, bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara müraciət ünvanlamaları milli həmrəyliyin bariz nümunəsidir.

 

"Hazırkı tarixi mərhələdə ən mühüm məsələlərdən biri həm də düşmənin informasiya təxribatlarının baş tutmasına imkan verməməkdir. Bunun üçün hər bir sosial şəbəkə istifadəçisi, elektron informasiya resursu dəqiqləşdirilməmiş məlumat yaymamalı, daha dəqiq desək, yalnız rəsmi mənbələrə etibar etməlidirlər".

 

"Mövcud durum ondan ibarətdir ki, təcavüzkar ritorikasını gücləndirən və yeni işğal, müharibə planları quran Ermənistan qüdrətli Azərbaycanın, şanlı ordumuzun gücü qarşısında aciz vəziyyətdədir. İnanırıq ki, rəşadətli silahlı qüvvələrimiz torpaqlarımızı azad etmək kimi ali missiyanı uğurla yerinə yetirərək yeni qələbə müjdəsi verəcəklər. Qələbə bizimlədir, eşq olsun qüdrətli Azərbaycan dövlətinə, yenilməz Azərbaycan Ordusuna!" - deyə deputat fikirlərinə əlavə edib. 

Qafar Ağayev

Paylaş:
263

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər