Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir | 1news.az | Xəbərlər
Siyasət

Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir

17:58 - 28 / 09 / 2020
Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir

Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir.

1news.az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı irimiqyaslı hərbi əməliyyatları beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir:

"Ermənistanın bu cür əməlləri fonunda beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri və ATƏT Minsk qrupunun həmsədrləri susqunluğunu saxlayır, bu isə daha çox çaşqınlıq yaradır".

Ekspert qeyd edib ki, Ermənistanın törətdiyi ciddi hərbi təxribatlar, o cümlədən irikalibrli silahlardan və minaatanlardan istifadə dərhal ABŞ Dövlət Departamenti tərəfindən pislənməli, dövlət katibi Mayk Pompeo isə yaxın günlərdə Bakıya rəsmi səfər planlaşdırmalıdır:

"Günahsız Azərbaycan vətəndaşlarının öldürülməsi həm də ATƏT-in hazırkı sədri və Albaniyanın baş naziri Edi Rama tərəfindən də mühakimə olunmalıdır. Faktiki olaraq dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir. Erməni liderlər bəşəriyyətə qarşı cinayətlərə, Azərbaycanın suveren ərazisində ekoloji ehtiyatların məhv edilməsinə görə məhkəmə qarşısına çıxmalıdır. Ermənistan çoxsaylı mədəni və dini abidələrin məhv edilməsinə görə məsuliyyət daşıyır. Edi Rama təşəbbüs göstərməli və Ermənistanın Azərbaycanın suveren ərazilərində mülki obyektlərə hücumunu qətiyyətlə pisləməlidir. Edi Rama Ermənistanın son otuz ildə diqqətə almadığı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməsini təmin etməlidir".

1news.az

Paylaş:
266

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər