Müdafiə Nazirliyi rəsmisi: Azərbaycan təyyarəsi vurulmayıb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi rəsmisi: Azərbaycan təyyarəsi vurulmayıb

23:55 - 28 / 09 / 2020
Müdafiə Nazirliyi rəsmisi: Azərbaycan təyyarəsi vurulmayıb

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı cəbhədəki son durumla bağlı məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, o, bildirib ki, Azərbaycana məxsus təyyarə vurulmayıb:

“Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir”.

S.Xankişiyeva

 

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər