Xarici İşlər naziri Azərbaycanda olan diplomatik korpusun nümayəndələrinə müraciət etdi
"Ötən gün Xarici İşlər Nazirliyində diplomatik nümayəndələrlə görüş keçirilib".
1news.az xəbər verir, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Keçirilən görüşlərdə hadisə barədə diplomatik korpusun nümayəndələrinə məlumat verilib:
"Bununla yanaşı Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələr obyektiv qiymətləndirilsin".
Qafar Ağayev
264