Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumat yalandır | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumat yalandır

19:05 - 29 / 09 / 2020
Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumat yalandır

Türkiyə F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

F.Altun Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumatın yalan olduğunu deyib.

Ermənistanın bu məlumatını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib.

Mövzu ilə əlaqədar oxuyun:

MN: Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır

S.Xankişiyeva

 

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər