Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

19:40 - 29 / 09 / 2020
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb.

S.Xankişiyeva

 

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər