Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir | 1news.az | Xəbərlər
Siyasət

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

20:01 - 30 / 09 / 2020
Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir.

İtirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib və Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Lakin düşmənin bu fəaliyyətinin qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 30-da keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, az əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb. Azərbaycan Ordusunun dəqiq atəş zərbələri ilə Ermənistan ordusunun Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığındakı 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Düşmənin cəbhənin Cəbrayıl rayonu istiqamətində döyüş texnikaları məhv edilib. Ermənistan silahlı bölmələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru ağır artilleriya atəşinə tutulub. Həmçinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağ atıcı alayının qərargahına zərbə endirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, əks-hücum əməliyyatı başlayandan indiyədək düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən artıq avtomobil texnikası məhv edilib.

Hazırda Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan Ermənistan silahlı qüvvələri bölmələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam edir. Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların təxliyəsini təşkil etməkdə aciz qalıb.

Anar Eyvazov qeyd edib ki, işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində döyüşlərdə əldə edilən qələbələr xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edərək əsgərimizlə birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiklərini bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə onlara təşəkkür edir və döyüşlərə qoşulmaq istəyən hər kəsə dərin minnətdarlığımızı çatdırırıq. Onların aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə edirik. Qələbə bizimlədir!

S.Xankişiyeva

 

Paylaş:
237

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər